2017-ci il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici idarəçilər tərəfindən idarə olunan aktivlərinin həcmi $2 mlrd. 876 mln. və ya fondun investisiya portfelinin 8,5%-ni təşkil edib. Bu barədə ARDNF-in 2016-cı il üçün maliyyə hesabatında məlumat verilir.
Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 31-nə ARDNF-in xarici menecerlərin idarəçiliyində olan aktivlərinin həcmi $2 mlrd. 376 mln. və ya fondun investisiya portfelinin 7,1%-ni təşkil edib. Beləliklə, fondun xarici menecerlərin idarəsinə verilmiş aktivlərinin həcmi 2016-cı ildə 21% artıb.
Maliyyə hesabatına əsasən, 31 dekabr 2016-cı il tarixinə ARDNF-in $1 mlrd. 274 mln. məbləğində və ya aktivlərinin (səhmləri) 3,9%-i UBS Asset Management, $1 mlrd. 215 mln.-u (aktivlərin 3,7%-i) State Street Global Advisors (SSGA) idarə edir.
Bundan başqa, Dünya Bankı ARDNF-in $226 mln. məbləğində (0,7%), DB Advisors (“Deutsche Bank”ın aktivlərin idarə edilməsi üzrə bölməsi) $102 mln. məbləğində (0,3%) səhmləri idarə edir.
1 yanvar 2017-ci il tarixinə ARDNF-in aktivləri $33,1 mlrd. təşkil edir.
1999-cu ildə yaradılan Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət