Caspian European Club və Caspian American Club-un Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin iştirakı ilə bu gün (14 iyun) təşkil etdiyi biznes-forum çərçivəsində Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı məsələlər müzakirə olunub.
Biznes-forumda çıxış edən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev Agentliyin fəaliyyəti və gələcək planları barədə məlumat verib.
“Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, icbari tibbi sığortanın pilot layihəsi Yevlax rayonunda və Mingəçevir şəhərində uğurla davam etdirilir”, - deyə Zaur Əliyev qeyd edib. Onun sözlərinə görə, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın 1829 tibbi xidməti əhatə edən baza zərfindən pulsuz istifadə edirlər. O vurğulayıb ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində çalışan həkimlərin, orta və kiçik tibb işçilərinin əmək haqları artırılıb.
Zaur Əliyev bildirib ki, İcbari tibbi sığorta vətəndaşların maraqlarının və sağlamlığının qorunması sahəsində dövlətin sosial müdafiə sistemidir.
“İcbari sığortanın tətbiqi səhiyyə sahəsində islahatların tərkib hissədir”, - deyə qurumun rəhbəri söyləyib. Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyə potensialını gücləndirəcək.
“Bu, mahiyyət etibarı ilə səhiyyənin maliyyələşməsinin xüsusi formasıdır”, - deyə Zaur Əliyev çıxışına yekun vurub.
Biznes-forum çərçivəsində Caspian European Club şirkətləri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı suallar verib, həmçinin bizneslə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında fəal dialoqun davam etdirilməsi üçün təkliflər irəli sürüblər. Telman Əliyev qeyd edib ki, İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilənədək Zaur Əliyev Caspian European Club-un İdarə heyətinin üzvü olub və müxtəlif layihələrin müzakirəsində, həyata keçirilməsində fəal iştirak edib.
Biznes-forumda çıxış edən Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Klub üzvləri tərəfindən səsləndirilən təklif və xahişlərə göstərilən diqqətə görə Zaur Əliyevə minnətdarlığını bildirib.
Telman Əliyev qeyd edib ki, sentyabrdan etibarən Gürcüstanda Tbilisi və Batumidə biznes-forum, CEO Lunch, treninq, seminarvə dəyirmi masaların, illik Caspian Energy Forum-un, milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq Caspian Energy Georgia şirkəti fəaliyyətə başlayacaq.
O həmçinin bildirib ki, Klub 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club və Caspian American Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Telman Əliyevin sözlərinə görə, CaspianEuropeanClub vəCaspian American Club təsis olunduğu ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club və Caspian American Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı Zaur Əliyevə Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət