Ekonom mənzil bazarında təklif bolluğu tikinti şirkətlərini premium mənzil bazarına üz tutmağa vadar edir. Bu fikir “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji Araşdırmalar Mərkəzinin araşdırmasında öz əksini tapıb.
“Yalnız son bir ildə daşınmaz əmlak bazarına 10-a yaxın yeni premium layihə daxil olub. Bazara yeni çıxmış layihələr nəzərə alınmaqla Bakıda inşa olunan 20-dən çox premium klass yaşayış kompleksi mövcud tələbi qat-qat üstələyir”, - deyə araşdırmada bildirilir.
Mərkəzin məlumatına görə, təklifin çoxluğu rəqabəti kəskinləşdirir, bununla da keyfiyyətə müsbət təsir göstərir. Amma bu vəziyyət, tikintisi satışdan əldə edilən gəlir hesabına aparılan yaşayış komplekslərini risk qrupuna daxil edir. Bunu nəzərə alaraq, Strateji araşdırmalar mərkəzinin mütəxəssisləri yalnız tikintisi başa çatmaqda olan binalarda mənzil almağı tövsiyə edir.
Premium mənzillərin 1m² qiyməti kifayət qədər geniş diapazonda, 1250 AZN-dən 2900 AZN-dək ($734-$1,703 min) dəyişir.
“Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində premium klass mənzillərin 1m² orta qiyməti 14 000 dollar təşkil edir. Beləliklə, Bakıda mənzillərin qiymətinin çox baha olduğu fikri həqiqətə uyğun deyil”, - deyə araşdırmanın müəllifləri hesab edir.
Premium mənzil alıcılarının önəm verdiyi həyətyanı sahə və parkinq sayında isə vəziyyət qənaətbəxş deyil.
“Premium klass mənzil alanlar imkanlı insanlar olduğuna görə, əksər hallarda hətta əla təmir olunmuş mənzillər də sakinlər tərəfindən yenidən təmir olunur. Məhz bu amilin təsiri ilə premium klass layihələrin yalnız 3-də mənzillər ilkin təmir vəziyyətində (santexnik, elektrik və malyar işləri tam görülmüş şəklində) təhvil verilir. Digər 7 layihədə isə mənzillər təmirsiz təhvil verilir. Daha bir maraq doğuran məqam yaşayış komplekslərində təklif olunan xidmətlərin çeşidinin genişlənməsidir. Kommunal xidmətlərə mərkəzləşdirilmiş istilik sistemi, mühafizə xidməti, videomüşahidə sistemi, konserj xidməti, işıqlandırma, ümumi ərazilərin təmizlənməsi, liftə xidmət, həyətyanı sahəyə qulluq kimi xidmətlər daxildir. 1 m² üçün kommunal xidmətlər üzrə aylıq ödəniş əksər hallarda 1 AZN-dən artıq deyil”, - deyə sənəddə qeyd olunur.
Araşdırılan 10 layihədən yalnız birində 20 illik ipoteka var.
“İlkin ödənişin həcmindən asılı olaraq 20 illik ipotekanın illik faizi 11-15% təşkil edir. Digər premium layihələr isə öz müştərilərinə qısamüddətli kredit təklif edir. Əksər hallarda kreditin ilkin ödənişi 30%, müddəti isə 24 ay təşkil edir”, - deyə araşdırmada bildirilir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət