Riqa tezliklə Bakı və Brüssel arasında strateji tərəfdaşığa dair yeni sazişin imzalanmasında maraqlıdır. Bu barədə Ltviya prezidenti Raymonds Veyonis bəyan edib.
“Latviya tezliklə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişə nail olmasını dəstəkləyir”, - deyə R.Veyonis Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bikldirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Latviya prezidentinin rəsmi saytına istinadən məlumat verir.
R.Veyonis energetika və nəqliyyat sahələrində Azərbaycanı Avropa İttifaqının maham tərəfdaşı adlandırıb. O, “Aİ-ə enerji daşıyıcılarının tədürükünün şaxələndirilməsində mühüm töhfə olan” “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında Bakının rolunu qeyd edib.
Latviya prezidentinin sözlərinə görə, Aİ-nin noyabr ayında keçirilməsi planlaşdırılan “Şərq tərəfdaşlığı”Proqramının növbəti Sammiti gələcək yeni qarşılıqlı səmərəli əməkdaşlıq istiqamətlərinin müəyyən olunması üçün yeni imkanlar yaradacaq. “Latviya-Azərbaycan ikitərəfli əlaqələr daha da möhkəmlənir, bu da iqtisadi əməkdaşlıq çərçivəsində yeni layihələrin icrasına başlamağa imkan yaradır”, - deyə R.Veyonis vurğulayıb.
O, İ.Əliyevin Riqaya rəsmi səfəri zamanı imzalanan ikitərəfli sazişlərə toxunub.
“Bu gün biz “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, o cümlədən “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” imlaladıq. Həmin sənədlər ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar təmin edəcək”, - o gələcəkdə ikitərəfli ticari-iqtisadi əməkdaşlığın inkişafında əminlik ifadə edib.
R.Veyonisin sözlərinə görə, Latviya nəqliyyat, həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində, o cümlədən Latviya ərzaq mallarının Azərbaycana ixracının stimullaşdırılması sahəsində Bakı ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır.
“Biz təhsil və elm, İT, əczaçılıq və tikinti sənayesi sahələrində əməkdaşlığın inkişafı üçün potensial görürük. Azərbaycanla Latviya arasında müntəzəm hava əlaqəsinin qurulmasında maraqlıyıq. Bu, işgüzar əlaqələri sadələşdirəcək və turizm sektoruna yaxşı dəstək olacaq”, - prezident vurğulayıb.
Saytın məlumatına görə, görüşdə həmçinin Azərbaycanda insan haqqlarının müdafiəsi və demokratiya sahəsinə dair bir çox məsələlər müzakirə olunub. **
R.Babayev
2023-cü ildə Türkiyədən Azərbaycana pul köçürmələrinin həcmi 1,3 dəfə artıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
RF XİN Aİ-nin Ermənistanla bağlı vədlərini boş hesab edir
Ərdoğan mayın 9-da ABŞ-a səfər etməyi planlaşdırır
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İllik cəmi 5% kredit ilə biznesinizə parlaq dəstək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət