Latviyanın baş naziri Maris Kuçinskis prezident İlham Əliyevlə görüşdə bildirib ki, hər iki ölkə nəqliyyat sahəsində əməkdaşlığı genişləndirmək üçün imkanlara malikdir. Bu barədə BNS agentliyi məlumat verir.
İyulun 18-də prezident İ.Əliyevin Latviyaya rəsmi səfəri başa çatıb.
"Riqada baş tutan danışıqlar zamanı tərəflər sərnişin və yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. M.Kuçinskis qeyd edib ki, Latviyanın "airBaltic" aviaşirkəti il boyu Riqa-Bakı marşrutu üzrə reyslər yerinə yetirməkdə, eləcə də "Azerbaijan Airlines" aviaşirkəti ilə əməkdaşlığın bundan sonra da inkişafında maraqlıdır”, - deyə agentliyin məlumatında bildirilir.
İ.Əliyevə "Rail Baltica" dəmir yolu magistralı layihəsinin həyata keçirilməsi planları barədə məlumat verən baş nazir qeyd edib ki, layihə çərçivəsində logistika mərkəzi yaradılacaq və yeni imkanlardan tam şəkildə yararlanmaq üçün ölkələr, o cümlədən Azərbaycanla intensiv əməkdaşlığı inkişaf etdirmək lazımdır.
Bundan əlavə, M.Kuçinskis prezident İ.Əliyevin səfəri zamanı “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin imzalanmasından məmnunluq ifadə edib. Onun sözlərinə görə, bu, ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət