Çərşənbə axşamı Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Q. Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Türkmənistan Dövlt İnformasiya Agentliyinin məlumatına görə, Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə hazırlığına dair informasiya avqustun 4-də Türkmənistan hökumətinin iclasında səsləndirilib.
Qeyd olunub ki, yüksək səviyyəli danışıqların yekunlarına dair prioritet istiqamətlərdə tərəfdaşlığın aktivləşməsinə yönələn ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur.
“Bu gün dövlətlərarası əməkdaşlıq yeni formalar alır, bunun üçün əlverişli imkanlar və perspektivlər mövcuddur. Ölkələr nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv dialoqu inkişaf etdirirlər. Bununla da qlobal gündəliyin aktual məsələləri üzrə yanaşmanın yaxınlığını nümayiş etdirirlər”, - agentlik Q.Berdiməhəmmədovun sözlərindən sitat gətirir.
Hazırda Aşqabad hər ikitərəfli, həm də geniş formatda Bakı ilə əməkdaşlığı aktivləşdirir.
Belə ki, cari ilin sonuna kimi Türkmənistan, Azərbaycan və Türkiyə liderlərinin sammitinin Aşqabadda keçirilməsi planlaşdırılır.
İyul ayında Bakıda keçirilən üç ölkənin XİN başçılarının görüşündə yüksək səviyyəli görüşə hazırlıq məsələləri müzakirə olunub. Xarici işlər nazirləri uzunmüddətli perspektivə üçtərəfli qarşılıqlı əlaqələrin prioritet istiqamətlərini müəyyən ediblər. Bura ticari-iqtisadi əməkdaşlıq, energetika, nəqliyyat və mədəni-humanitar sahələr daxildir.
Energetika sahəsində Türkmənistanın Azərbaycanla əməkdaşlığının prioritet istiqaməti olaraq Trans-Xəzər qaz kəmərinin tikinti layihəsi hesab edilir. Bu layihə Xəzər regionundan təbii qazın Avropa ölkələrinə tədürükünü nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin bir hissəsi ola bilər. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət