Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Ermənistan ordusu tərəfindən yaşayış məntəqələri və mülki əhalinin hədəfə alınması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.
«Dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlarıma bir daha müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə, yalnız pisləmək deyil, qətiyyətli səylər göstərməyə çağırıram», - deyə müraciətdə bildirilir.
Ombudsman xatırladıb ki, "Ermənistan silahlı qüvvələrinin bölmələri 2017-ci il avqust ayının 7-də Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törəddikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlu qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
2017-ci ilin 4 iyul tarixində isə Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən 80 və 102 millimetrlik minaatanlardan, dəzgahlı qumbaraatanlardan atəşə tutulmuş, nəticədə 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.
“2016-cı ilin 2-5 aprel tarixlərində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələrinin, məktəb və digər sosial obyektlərin, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqelərinin ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə tutulması nəticəsində cəbhə xətti boyunca 34 mülki şəxs yaralanmış, arasında uşaq olmaqla 6 nəfər həlak olmuşdur”, - deyə o qeyd edib.
E.Süleymanova vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq cinayətləri törətmiş işğalçı Ermənistanı BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalıdır.
Müraciət BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNİSEF-ə, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə və müxtəlif ölkələrin ombudsmanlarına ünvanlanıb.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət