Azərbaycan 2021-ci ilə qədər əkin sahələrinin 6 min hektara, tütün istehsalının 12 min tona çatdırılmasını planlaşdırır. Bu barədə Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramında qeyd olunur.
“2016-cı ilin yekunları üzrə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal həcmi isə 3,6 min ton təşkil edib. Ölkənin dağlıq və dağətəyi rayonlarının torpaq-iqlim şəraiti tütün sənayesinin tələbatına uyğun, beynəlxalq standartlara cavab verən keyfiyyətli tütün yetişdirilməsinə və ildə 50-60 min ton tütün istehsal olunmasına imkan verir”, - Dövlət Proqramının mətnində deyilir.
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına 2017-2018-ci illərdə tütün istehsalçıları ictimai birliyinin yaradılması, 2017-2020-ci illərdə tütünçülük sahəsində milli standartların yaradılması, 2017-2021-ci illərdə tütün sortlarının reyestrinin yaradılması və mövcud məlumat bankının təkmilləşdirilməsi, 2017-2020-ci illərdə tütün tədarükü, emalı və satışı sahələri üzrə müəssisələrin yaradılmasının təşviqi və bu dövrdə tütünçülük sahəsində mütərəqqi sığorta mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Bundan başqa, Tədbirlər Planına 2017-2020-ci illərdə tütün məhsullarının keyfiyyətinə nəzarət məqsədilə laboratoriyaların yaradılması, bu dövrdə müasir suvarma sistemlərindən istifadənin təşviqi, 2017-2018-ci illərdə daxili bazarın qorunması üzrə təkliflərin hazırlanması daxildir.
Sənədə əsasən, 2017-2021-ci illərdə dövlət büdcə vəsaiti hesabına subsidiyaların verilməsi davam edəcək, tütün istehsalçılarına güzəştli kreditlər veriləcək, sahibkarlıq subyektlərinə lizinq yolu ilə texnika və avadanlığın verilməsini dəstəkləyəcək, tütün istehsalçılarının keyfiyyətli gübrə və bitki mühafizə vasitələri ilə təminat yaxşılaşacaq, tütünçülük təsərrüfatları ilə tədarük və emal müəssisələri, həmçinin istehlakçı birlikləri arasında kooperasiya dəstəklənəcək. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət