Azərbaycan prezidenti İlham Əliyev Barselonada terror aktları nəticəsində dinc vətəndaşların tələfatı ilə əlaqədar İspaniyanın kralıƏlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.
“Ölkənizdə törədilmiş dəhşətli terror aktları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi sarsıtdı. Dinc insanlara qarşı yönəlmiş bu amansız terror əməllərindən hədsiz dərəcədə hiddətlənir, dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını vacib hesab edirik”, - dövlət başçısının saytında dərc olunan məktubda deyilir.
İ.Əliyev həlak olanların ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verib, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
Xəbər verildiyi kimi, avqustun 17-də İspaniyanın Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb.100-dən artıq şəxs yaralanlb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.
Avqustun 18-də Kataloniya polisi Kambrils bələdiyyəsi ərazisində yeni terror aktları törətməyi planlaşdıran terrorçuları zərərsizləşdirib. 4 terrorçu zərərsizləşdirilib, 1 nəfər yaralanıb. Yerli KİV-in məlumatına görə, onların üzərində kamikadze kəməri olub.
İspaniya hökuməti baş verənləri terror aktı adlandırıb. “İslam dövləti” (İŞİD) terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
İspaniyanın baş naziri Mariano Raxoy Barselonada törədilən terror aktı ilə əlaqədar üçgünlük matəm elan edib, o cümlədən hücumun qurbanları və onların yaxınlarına başsağlığı verib.
“Hökumət avqustun 18-də saat 00:00-dan etibarən rəsmi matəm elan edir”, - o mətbuat konfransında bəyan edib.
Dövlət idarələrində bütün bayraqlar endiriləcək. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət