Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün Bakıda keçirilən görüşdə Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsi məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
“AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib. İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.
Daha əvvəl prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan konyak və şərab məhsullarının ixrac həcmini qısa müddət ərzində əhəmiyyətli dərəcədə artıra bilər.
“Keçən il ixrac artıb, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik. Şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır.Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik”, - deyə dövlət başçısı vurğulayıb.
2016-cı ildə Azərbaycan və Çin arasında mal dövriyyəsi təqribən $1 mlrd. təşkil edib edib. Azərbaycan məhsullarının Çinə ixrac həcmi 5,1 dəfə – $272 mln.-dək, Azərbaycana idxal 38% - $704 mln.-dək artıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət