Caspian European Club və Caspian American Club-un İdarə Heyətinə seçkilər 2017-ci il sentyabrın 20-də keçiriləcək. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda səsvermənin fəal mərhələsi keçirilir. O qeyd edib ki, seçkilərdən əvvəl 2017-ci il mayın 17-dən sentyabrın 20-dək ilkin səsvermə təşkil olunacaq. Qeydiyyatdan keçmiş hər bir istifadəçi http://caspianenergy.org/vote/index.php/en/vote-ru saytı vasitəsilə biznesin maraqlarını layiqincə təmsil edəcəyinə, dövlət qurumlarının nümayəndələrinə problemləri və sahibkarlara təklifləri çatdıracağına, həmçinin biznes-hökumət dialoqunun daha da inkişafına nail olacağına inandığı namizədə səs verə bilər. Əsas seçkilərdə iştirak etmək hüququ qazanmaq üçün namizədin 1000-dən çox səs toplaması mütləqdir.
Telman Əliyev qeyd edib ki, sentyabrın 20-də onlar tərəfindən təşkil olunacaq Caspian Energy Transport &ICT Forum çərçivəsində Caspian European Club-un üzvləri ilkin səsverməni keçmiş namizədlər arasından İdarə heyətinin üzvlərini seçə bilərlər. “Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch-da elan ediləcək”, - deyə o bildirib.
Onun sözlərinə görə, seçkilər hər il İdarə Heyətinin yeni tərkibini seçmək məqsədilə təşkil olunur. Namizədlər şirkət rəhbərləri, sahə klublarının prezidentləri, Caspian European Club və Caspian American Club-un komitə rəhbərləri arasından seçiləcək.
Telman Əliyev bütün sahibkarları ilkin səsvermədə fəal iştirak etməyə səsləyib.
O əlavə edib ki, Klubun tərkibində Caspian European Club və Caspian American Club-un İdarə Heyətinin cəmi 12 üzvü yer ala bilər. Əvvəlki seçkilər ötən il iyunun 13-dən sentyabrın 13-dək keçirilmişdir. 2016-cı il oktyabrın 5-də isə İdarə Heyətinin yeni tərkibinin birinci iclası təşkil olunmuşdur.
Telman Əliyev qeyd edib ki, www.caspianenergy.tv saytında Caspian European ClubvəCaspian American Club-un İdarə Heyətinə namizədlərin video müraciətləri yerləşdirilib.
"Tərəfimizdən ilkin internet səsverməsi prosesinə bir neçə qanunsuz müdaxilə cəhdinin qarşısı alınmışdır. Səsvermənin nəticəsini dəyişməyə yönəlmiş istənilən cəhd obyektiv səsverməyə riayət məqsədilə müxtəlif İKT şirkətlərindən cəlb edilmiş İT mütəxəssislər qrupu tərəfindən zərərsizləşdiriləcək", - deyə Telman Əliyev çıxışına yekun vurub.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət