Azərbaycan Mərkəzi Bankı (AMB) əməkdaşlarının tibbi sığortası üçün sığorta şirkətinin seçimi üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Tender elanına əsasən, iştirakçılar son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışını, 2016-c; il üzrə auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayışı təqdim etməlidirlər.
Tenderdə iştirakda maraqlı olan şirkətlər tibbi sığorta fəaliyyəti sahəsində korporativ müştərilərə göstərilən xidmətlər haqqında məlumatları əks etdirən sənədi (tenderin əsas şərtlər toplusuna əlavə olunan formada), sığorta qanunvericiliyinə uyğun olaraq onunla əlaqəli şəxs olmayan və ya iddiaçı üzərində əhəmiyyətli nəzarəti həyata keçirməyən ən azı iki korporativ müştəri tərəfindən verilən tövsiyə məktubunu, iddiaçıya Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək hüququ verən xüsusi razılığın (lisenziyanın) surətini Tender Komissiyasına təqdim etməlidirlər.
Qalibin seçimi zamanı maliyyə və texniki şərtlər qiymətləndiriləcək.
AMB işçilərinin tibbi sığortası üzrə tenderin qalibi 2017-ci il noyabrın 27-dən işə başlamalı və 12 ay müddətində bu xidməti göstərməlidir.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir. Tender üzrə təkliflər oktyabrın 19-na qədər qəbul ediləcək. Tender proseduru oktyabrın 20-də keçiriləcək.
Hazırda AMB-nin əməkdaşları könüllü tibbi sığorta üzrə “AXA Mbask” şirkətində sığortalanıblar. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət