Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2017” layihə təqdimatı yarışmasında 27 təcrübəçi arasında 2-ci və 3-cü yerləri tutaraq qaliblər arasında öz yerlərini alıblar. “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Tərlan Əliyev 2-ci yerə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Aydan Əsədova və “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Fərhad Qədimov eyni balı toplayaraq 3-cü yerə layiq görülmüşdürlər.
BP-nin hər il həyata keçirdiyi “Techno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Techno Fest” yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.
Xatırladaq ki, keçən il BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “Techno Fest 2016” müsabiqəsində I yeri qazanmışdı.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət