Cakartada Azərbaycan Mərkəzinin açılmasl planlaşdırılır. Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə İndoneziyanın Bakıdakı səfiri Hüsnan Bəy Fanani Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşündə bəyan edib.
“Biz Cakartada Azərbaycan Mərkəzi açmaq istəyirik. Bununla əlaqədar mən Cakartada müvafiq məsul şəxslərlə danışıqlar aparıram. Mədəniyyət ölkələrimiz arasında daha bir əlaqələndirici element olacaq”, - səfir Bakıda keçirilən İkinci İndoneziya Mədəniyyəti festivalı çərçivəsində bildirib.
Diplomat Azərbaycan paytaxtında keçirilən festivalın əhəmiyyətini qeyd edib.
“Belə bir genişmiqyaslı tədbir təşkil olunmasını ona görə istəyirdim ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqını dəstəklədiyimizi və bu xalqla həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik. Onlar hamısı bilir ki, biz bu festivalı Qarabağdan olan qaçqınlara və məcburi köçkünlərə həsr edirik, biz bu insanları da buraya dəvət etmişik”, - Hüsnan Bəy Fanani vurğulayıb.
Səfir bildirib ki, hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən İndoneziya Tədqiqatları Mərkəzi genişlənəcək. O, Azərbaycanda tələbələr arasında bizim dili öyrənməyə marağın artması yüksək qiymətləndirib.
“Ölkələrimiz arasında münasibətlər çox yaxşı səviyyədədir, amma hər halda bu əlaqələri daha da genişləndirməyə ehtiyac var”, - diplomat bildirib.
X.B. Fanani Ə.Vəliyevin İndoneziyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi təklifini dəstəkləyib. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mühüm məsələdə Azərbaycanı dəstəklədiyinə görə İndoneziya hökumətinə təşəkkürünü bildirib. İstərdik ki, İndoneziya əhalisinin bizim mədəni dəyərlərimizlə daha yaxından tanış ola bilməsi üçün sizin ölkədə Azərbaycan Mədəniyyəti Günləri təşkil edək”, - Ə.Vəliyev vurğulayıb.
Ə.Vəliyev yaxın aylar ərzində İndoneziyada “Azərbaycan: dünən, bu gün və sabah” devizi altında fotosərgi təşkil olunmasını təklif edib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət