Caspian European Club və Caspian American Club-un İcraiyyə Komitəsi tərəfindən 2017-ci ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlər planı təsdiqlənib və rəsmi saytda (www.caspianenergy.org) dərc olunub. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Təsdiqlənmiş proqrama əsasən, hər ayın üçüncü çərşənbə günü CEO Lunch Baku və hər ayın sonuncu cümə günü CEO Lunch Tbilisi təşkil olunacaq. Bu tədbirlər çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri, dilpomatik nümayəndəliklərinin başçıları, CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət qurulacaq. İlk CEO Lunch Tbilisi sentyabrın 29-da keçiriləcək.
Caspian Energy Forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə xüsusi sessiyalar təşkil olunacaq.
Caspian Energy Forum-un nəqliyyat və İKT sektoruna həsr olunmuş xüsusi sessiyalarında (Caspian Energy Transport&ICT Forum) iştirakla bağlı çoxsaylı müraciətlərlə əlaqədar olaraq, bu sessiyaların ayrıca təşkil olunması barədə qərar qəbul edilib. Telman Əliyevin sözlərinə görə, Caspian Energy Transport Forumplanlaşdırıldığı kimi cari ilin 20 sentyabr tarixində, Caspian Energy İCT Forum isə 2018-ci ilin fevralında baş tutacaq.
Bundan əlavə, oktyabrın 11-də Bakıda “Vergi məcəlləsində dəyişikliklər” mövzusunda seminar təşkil olunacaq. Tədbiri Barattson School of Business and Finance tədris mərkəzinin nümayəndəsi Azər Qəmbərov aparacaq. Həmin günün (11 oktyabr) ikinci yarısında Caspian Energy Forum-un aqrosənaye və FMCG sektoruna (Caspian Energy Agro-Industry & FMCG Forum), oktyabrın 18-də isə turizm sektoruna həsr olunmuş xüsusi sessiyası (Caspian Energy Tourism Forum), həmçinin ənənəvi CEO Lunch Baku keçiriləcək.
Oktyabrın 25-də Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri Aydın Əliyevin iştirakı ilə biznes-forum, oktyabrın 27-də ikinci CEO Lunch Tbilisi, noyabrın 1-də Caspian Energy Forum-un inşaat sektoruna həsr olunmuş xüsusi sessiya (Caspian Energy Construction Forum),noyabrın 15-də isə maliyyə sektoruna həsr olunmuş xüsusi sessiya (Caspian Energy Finance Forum) və ənənəvi CEO Lunch Baku təşkil olunacaq.
Üçüncü CEO Lunch Tbilisiisə noyabrın 24-də baş tutacaq.
2017-ci il dekabrın 8-də Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 300-dən çox nümayəndəsinin iştirak edəcəyi Caspian American Forum Baku– 2017 təşkil olunacaq.
Yuxarıda qeyd olunan tədbirlərdə qeydiyyatdan keçmək üçün üçün linklər:http://www.caspianenergy.org/index.php/registration
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO Lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağalarov: “Crocus City Hall”a bənzər konsert zalının tikintisi üçün ən azı $150 milyon lazımdır”
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət