Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 74 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 1,1 min sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3,1 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Sentyabrın 14-də SKMF Zaqatala rayonunda sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi ilə bağlı tədbir keçirib.
“Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2,251 min investisiya layihəsinin maliyyələşdirilməsinə 100,4 mln. manat güzəştli kredit verilib. Bu gün işgüzar forum çərçivəsində Zaqatala və digər rayonlarda fəaliyyət göstərən sahibkarlara 767 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, tütünçülük, aqroparkların yaradılması və bağçılıq sahələrinin inkişafına yönəldiləcək”, - məlumatda bildirilir.
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət