Bank VTB (Azərbaycan) Visa Platinum kart sahibi olan müştərilərinə Lounge Key xidmətini təqdim edir. Xidmət, bankın Visa Platinum kartını təqdim etməklə hava limanlarındakı yüksək komfortlu zallardan istifadə etmək imkanı verir. Əvvəllər isə bu xidmətdən istifadə üçün illik ödənişi olan əlavə kart sifariş vermək tələb olunurdu.
Lounge Key proqramı dünyanın bir çox şəhərlərinin, o cümlədən Bakının hava limanında mövcud olan 850 sayda lounge-zallardan istifadə imkanı verən xidmətdir. Proqram sayəsində istifadəçi, aviaşirkətindən və biletinin sinfindən asılı olmayaraq yüksək rahatlıq üçün hər bir şəraitlə təmin olunmuş zaldan yararlana bilir.
Lounge Key xidmətindən istifadə etmək üçün VTB (Azərbaycan)-ın Visa Platinum premium kartlarının sahiblərinə banka gəlmək tələb olunmur. Bunun üçün dəyəri 27 dollar təşkil edən xidmət haqqını hava limanında platinum kartdan ödəmək kifayətdir. Kart sahibi həmçinin dəyərini ödəməklə Lounge Key zonasına öz qonağını da dəvət edə bilər. Dəvət olunacaq qonaqların sayı hər bir Lounge Key zalının şərtlərindən asılıdır. İki yaşadək uşaqlar üçün zaldan istifadə pulsuzdur.
Xidmət haqqında əlavə məlumat üçün müştərilər bankın 986 (Azercell istifadəçiləri üçün – 012 986) nömrəli Çağrı Mərkəzinə müraciət edə bilər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət