Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında BMT-nin baş katibi Antonio Quterreş ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların nəticəsiz olmasından təəssüf hissi ifadə edib.
“Azərbaycan bu münaqişənin sülh yolu ilə həll edilməsini istəyir. Ancaq bu istiqamətdə təşəbbüslər göstərilsə də nəticə yoxdur. biz istəyirik insanlarımız öz dədə-baba yurdlarına qayıdıb orada rahat yaşasınlar”, - dövlət başçısının saytında İ.Əliyevin sözlərindən sitat gətirilir.
Prezident bəyan edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlara əngəl törədir və onun həllini uzatmağa çalışır.
“İ.Əliyev qeyd etdi ki, Ermənistan qondarma xəritələr icad edir, Dağlıq Qarabağı oraya daxil edir və bir çox ölkələrdən erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir. Azərbaycan prezidenti vurğuladı ki, BMT bütün bunları nəzərə almalı və həmsədrlərə mesaj göndərməlidir”, - məlumatda deyilir.
Öz növbəsində A.QuterreşErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən narahatlığını ifadə etdi, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin əllərindən gələni edəcəklərinə ümidvar olduğunu bildirdi.
BMT-nin baş katibi həmçinin Azərbaycan ilə BMT arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu dedi. O qeyd etdi ki, Azərbaycan BMT-nin layihələrində fəal iştirak edir. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət