Azərbaycan diplomatları “İslam dövləti” terror təşkilatına (İŞİD) qarşı əks-terror əməliyyatları zamanı İraqda saxlanılan Azərbaycan vətəndaşlarının vətənə qaytarılması istiqamətində intensiv iş aparırlar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov bəyan edib.
Öncə KİV-də yayılan videoçarxda azərbaycanlı döyüşçülərin İraqda sığınacaqların birində saxlanılan uşaqları göstərilib. KİV-in məlumatına görə, həmin uşaqların valideynləri İraq ərazisində İŞİD-ə qarşı əməliyyatlar zamanı öldürülüb, ya da əsir götürülüblər.
“Hazırda İraqın Xarixi İşlər Nazirliyi və digər müvafiq dövlət strukturları ilə Azərbaycan vətəndaşlarının tezliklə vətənə qaytarılması istiqamətində intensiv iş aparılır. O cümlədən, bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar, Beynəlxalq Qızıl Xaç Komitəsivə Qırmızı Aypara Cəmiyyəti ilə sıx əlaqədəyik”, - R.Qafarov bildirib.
“Vətəndaşlarımızın say tərkibini müəyyən etməyə çalışdığımız digər kanallar da var”, - o əlavə edib.
Diplomatın sözlərinə görə, əks-terror əməliyyatları zamanı saxlanılan Azərbaycan vətəndaşları Mosul şəhərinin rayonunda saxlanılırlar. “Rəqəmlər barədə danışmaq hələlik tezdir. İş davam edir və Azərbaycan vətəndaşlarının taleyi barədə bütün zəruri məlumat XİN-ə təqdim edilir. İlk növbədə, həmin insanların şəxsiyyətini müəyyən etmək lazımdır, bu da zaman və səy tələb edir”, - R.Qafarov vurğulayıb.
Bununla belə, “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Təhlükəsizlik Xidmətindəki mənbə bildirib ki, həmçinin bu qurum Azərbaycan vətəndaşlarının, xüsusilə uşaqların vətənə qaytarılması işində iştirak edir.
“Bu məsələ ilə əlaqədar müvafiq strukturlarla iş aparırıq. Lakin, Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi bilavasitə vətəndaşlarımızın vətənə qaytarılması işi ilə məşğul olur”, - agentliyin həmsöhbəti qeyd edib.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət