Azərbaycan, Rusiya və Ermənistan dini liderləri arasında hər bir görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliyə addımdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə belə hesab edir.
“Üçtərəfli görüşlərin tarixinə nəzər yetirsək görərik ki, bir çox bədxah dairələrin, münaqişəni dini müstəviyə keçirmək istəyənlərin niyyətlərinə axmayaraq, münaqişə vəziyyətində olan tərəflərin dini liderlərinin eyni masa ətrafında bir araya gəlməsi problemin xristian-müsəlman münaqişəsi səciyyəsi almasının qarşısını müəyyən qədər ala bildi”, - A.Paşazadə “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
A.Paşazadənin sözlərinə görə, sentyabrda Moskva şəhərində Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill həzrətlərinin təşəbbüsü və vasitəçiliyi ilə erməni dini lideri ilə görüş baş tutdu. Bu görüş 1988-ci ildən - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanan zamandan etibarən analoji formatda keçirilən görüşlərin davamı idi.
Şeyxülislam əmindir ki, miqyasından asılı olmayaraq, hər bir görüş, münaqişəsinin həllində irəliyə addımdır.
“Biz hər zaman bəyan edirik ki, Azərbaycan və erməni xalqları bir-biri ilə qonşu olaraq yaşamalı olacaqlar. Odur ki, sülh və əməkdaşlıqdan başqa bir perspektiv yoxdur. Belə bir vəziyyətdə biz, dini liderlər olaraq, xalqlarımızın gələcəyi naminə birgə cavablar axtarmağa məsuluq. Bir ruhani kimi ilahi dəyərlər işığında ziddiyyətlərin, münaqişənin ədalətlə, sülh yolu ilə həlli üçün səylərimizi birləşdirməliyik”, - A.Paşazadə vurğulayıb.
Onun fikrincə, bu, ilk növbədə, humanitar problemləri ehtiva etməlidir.
“Məsələn, son görüş zamanı Patriarx Kirillin təklifi ilə münaqişənin günahsız qurbanları olan, hərbi əməliyyatlarda iştirak etməyən əsir düşmüş dinc insanların azad edilməsinə nail olmaq üçün səy göstərmək vəzifəsi müəyyənləşdirildi. Daha sonra məscid, məbəd və digər müqəddəslik kəsb edən abidələrin qarşılıqlı şəkildə müdafiəsi və toxunulmazlığı məsələsini qaldırdıq”, - o bildirib.
A.Paşazadənin sözlərinə görə, gərgin keçən görüşdə bir çox arqumentlər səsləndi, qarşılıqlı iddialar oldu.
“Erməni tərəfi bizim təkliflərimizlə çox çətinliklə razılaşırdı, danışıqlar prosesini pozmağa çalışırdı. Lakin bölgədə qan tökülməsinin qarısını almaq, münaqişənin ədalətli sülh yolu ilə həllini reallaşdırmaq naminə bütün mümkün imkanlardan istifadə etmək məramı hər şeydən daha mühümdür. Bu məram naminə istənilən yol caizdir, hər atılan addım xeyrə vəsilədir. Bu baxımdan, üçtərəfli görüşləri önəmli sayıram”, - o qeyd edib.
“Rus Pravoslav Kilsəsinin başçısı Patriarx Kirill həzrətlərinə vasitəçilik, sülhyaratma missiyasına görə minnətdarıq”, - Şeyxülislam əlavə edib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət