“Forum Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun iştirakı ilə təşkil olunacaq. Foruma həmçinin Xəzər-Qara dəniz regionu ölkələrinin iri avia və turizm şirkətlərinin rəhbərləri qatılacaqlar”, - deyə Telman Əliyev qeyd edib.“Oktyabrın 18-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçiriləcək Caspian Energy Tourism Forum-a iştirakçıların qeydiyyatı davam edir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib. Onun sözlərinə görə, foruma qeydiyyat oktyabrın 17-dək açıqdır. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmalısınız: http://www.caspianenergy.org/index.php/registration/item/126-agro-industry-and-fmcg-forum-tourism-forum-18-10-2017
O həmçinin bildirib ki, sözügedən forum Caspian European Club və Caspian American Club üzvlərinin çoxsaylı xahişləri nəzərə alınaraq təşkil olunub. Bundan başqa, forum eyni zamanda tədbirdə iştirak etməsi planlaşdırılan dilpomatik nümayəndəlik və xarici şirkət rəhbərlərində də böyük maraq doğurub.
Telman Əliyev həmçinin xatırladıb ki, Caspian Energy Tourism Forum çərçivəsində Caspian European Club-un İdarə heyəti üzvlərinin əsas seçkiləri baş tutacaq. Seçkilərin nəticəsi elə həmin gün ənənəvi CEO Lunch Baku-da açıqlanacaq. Onun sözlərinə görə, oktyabrın 18-i günün ikinci yarısında Caspian European Club və Caspian American Club çərçivəsində “Vegilər Məcəlləsində dəyişikliklər” mövzusunda seminar keçiriləcək. Seminarı “Barattson School of Business and Finance” tədris müəssisəsinin nümayəndəsi Azər Qəmbərov aparacaq.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən Caspian Energy Forumneft və qeyri-neft sektoru şirkətləri üçün fəal meydan rolunu oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət