Azərbaycan ABŞ-la energetika sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır və Vaşinqtonun "Cənub Qaz Dəhlizi" layihəsinə bundan sonra da dəstək göstərəcəyinə ümid edir. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda çıxışı zamanı deyib.
"Azərbaycan və ABŞ energetika sahəsində fəal əməkdaşlıq edir, ancaq bu əməkdaşlıq genişləndirilə bilər. ABŞ, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz boru kəməri magistralının tikintisi kimi irimiqyaslı layihələrin reallaşdırılmasına da dəstək göstərib. Hazırda ABŞ CQD layihəsini dəstəkləyir və hesab edirik ki, bu dəstək davam etməlidir, çünki Cənub Qaz Dəhlizi regionun inkişafına töhfə verməklə yanaşı, Xəzər regionundan Avropaya qazın tədarükü üçün yeni mənbə olacaq”, - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət əlaqələri də fəal şəkildə inkişaf edir. 2017-ci ilin yanvar-avqust aylarının yekunları üzrə Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin həcmi 7% - $416 mln.-dək artıb. Ancaq ticarətin genişləndirilməsi üçün kifayət qədər böyük potensial var və ondan istifadə etmək lazımdır.
"Hazırda Azərbaycanda 235 Amerika şirkəti fəaliyyət göstərir. ABŞ şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına ümumilikdə $12,7 mlrd. investisiya qoyulub. Bununla yanaşı, Azərbaycan Dövlət Neft Fondu da ABŞ iqtisadiyyatına böyük məbləğdə sərmayə yatırır", - deyə nazir müavini vurğulayıb.
S.Babayev sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələrinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün prioritet sahələr olduğunu diqqətə çatdırıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət