ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Nobel Oil Services şirkətlər qrupunun 35 nəfər orta və yüksək səviyyəli menecerləri üçün “Komanda Liderliyi” və “Dəyişikliklərin İdarəedilməsi” təlim modullarından ibarət “Liderlik Bacarıqları üzrə Fərdi Proqram” həyata keçirilib.
“Hər bir şirkətin uğuru onun “əsas aktivi” sayılan peşəkar əməkdaşlardan asılıdır. Nobel Oil Services şirkətlər qrupu ixtisaslaşmış təlim proqramları vasitəsilə işçi heyətinin peşəkar inkişafını dəstəkləyir. ADA Universiteti ilə birgə layihəmiz orta və yüksək səviyyəli menecerlərin idarəetmə və liderlik bacarıqlarının inkişafına, eləcə də komanda məhsuldarlığının yüksəldilməsinə, innovasiyaların təmin edilməsinə və şirkətin rəqabət gücünün artırılmasına xidmət edir", - deyərək Qrup üzrə İnsan Resursları departamentinin rəhbəri Ellada Alışova bildirib.
"Proqramın sayəsində iştirakçılar və təlimçilər böyük təcrübə əldə etmişdirlər, belə ki təlimlər nəzəri və praktiki biliklərlə yanaşı yeni peşəkar əlaqələrin qurulması və birgə tədris üçün əlverişli mühit yaratmışdır. Bu interaktiv proqram menecerlərin komanda idarəçiliyi bacarıqlarını inkişaf etdirmək, dəyişikliklərin idarəedilməsi rolunu və uğur amillərini anlamaq, çətinlikləri təhlil etmək və qiymətləndirmək, eləcə də təşkilatda davamlı inkişafı təmin etmək üçün bacarıqları artırmaq məqsədilə keçirilib", – deyərək ADA Universitetinin İxtisasartırma proqramlarıüzrə Prorektor müavini Aygün Hacıyeva bildirib.
Nobel Oil Services neft-qaz sahəsində ixtisaslaşan çoxşaxəli şirkətlər qrupudur. Şirkətlər qrupuna daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərək fəaliyyətlərini uğurla inkişaf etdirirlər.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət