Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian American Forum Baku-nun vaxtı dəyişdirilərək 2018-ci il iyunun 4-nə keçirilib.
Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və icraçı direktoru Telman Əliyev məlumat verib.
Forumun vaxtının dəyişdirilməsinin əsas səbəbi SOCAR-ın 2017-ci ilin dekabrında Birinci Beynəlxalq Caspian American Forum Baku-ya lazımi təşkilati və maliyyə dəstəyi verməməsidir.
Bu barədə Klubun rəsmi müraciətində SOCAR prezidentinin müşaviri Murad Heydərov bildirib. Cənab Heydərov həmçinin söyləyib ki, dekabr ayında keçiriləcəyi halda SOCAR rəhbərlərindən heç biri fəxri qonaq və spiker qismində forumda iştirak edə bilməyəcək.
“Buna baxmayaraq, Caspian American Forum Baku-nu ən yüksək səviyyədə təşkil etmək məqsədilə lazımi sayda sponsor və partnyor cəlb etmək üçün əlimizdən gələni edəcəyik. Caspian American Forum Baku Şimali və Cənubi Amerikadan Xəzər-Qara dəniz və Baltik regionlara daha çox şirkətlərin cəlb olunmasına yardım edəcək”, - deyə Telman Əliyev deyib.
“Məsələyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club və Caspian American Club-un Sədri Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı ifadə edirik”, - deyə Telman Əliyev söyləyib.
“Biz həmçinin Caspian American Forum Baku-ya göstərilən rəsmi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə, eləcə də ABŞ-ın Azərbaycandakı Səfirliyinə təşəkkür edirik”, - deyə o qeyd edib.
Telman Əliyev xatırladıb ki, Caspian American Forum Baku – da Şimali və Cənubi Amerika, həmçinin Xəzər-Qara dəniz, Aralıq dənizi və Baltik regionu dövlətlərini təmsil edən şirkətlərin 500-dən artıq nümayəndəsinin iştirakı gözlənilir. Bu forum Xəzər-Qara dəniz regionu, Şimali və Cənubi Amerika dövlətlərininşirkət və bazarlarının biznes-dialoqunun, ticari əlaqələrinin, əməkdaşlığın yeni istiqamətlərinin stimullaşması üçün informasiya meydanıdır.
Forum enerji və neft-qaz layihələrinin müzakirəsinə, həmçinin alternativ energetikanın inkişafına həsr olunacaq.Tədbirdə eyni zamanda qeyri-neft, xüsusilə də maliyyə, nəqliyyat, aqrosənaye, turizm, inşaat, səhiyyə, təhsil və İKT sektorunun bugünkü aktual layihələrinə toxunulacaq.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət