Azərbaycanlı xilasedicilər İraqda baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etməyə hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Şüveyli deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə F.Şüveyli arasında telefon söhbəti olub.
"P.Mirzəzadə İraqda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın xilasedicilər göndərməyə hazır olduğunu bildirib. Biz belə operativ reaksiya göstərdiyinə görə Azərbaycana minnətdarıq", - deyə müvəqqəti işlər vəkili vurğulayıb.
Diplomat qeyd edib ki, Azərbaycan hökumətinin İraqa bu diqqəti iki dövlət arasında münasibətlərin dərinliyindən xəbər verir.
F.Şüveyli, həmçinin zəlzələ ilə əlaqədar göstərilən dəstəyə və başsağlığına görə Azərbaycan prezidenti və xalqına minnətdarlığını bildirib.
Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində 328 nəfərədək insan ölüb, xəsarət alanların sayı isə 2,5 min nəfərə yaxındır.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət