Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının “Ехро-2025” sərgisinə ev sahibliyi etmək üçün ən yaxşı məkan olmasını təsdiq edən 6 əsas cəhəti qeyd edib.
“Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakının namizdəliyini dəstəkləmək məqsədilə bir neçə əsas məqam mövcuddur. Birincisi, bizim müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanlar arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tariximiz var. İkincisi, Avropa ilə Asiyanın kəsişməsində yerləşən, asanlıqla çıxış əldə oluna bilən coğrafi mövqeyimiz Ümumdünya Sərgisinin keçirilməsi üçün yeni bir məkandır”, - deyə o, noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda bildirib.
M.Əliyevanın sözlərinə görə, üçüncüsü, Azərbaycan siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc müstəqil ölkədir.
Dördüncüsü, sürətlə inkişaf edən infrastruktura malik Bakı şəhəri özündə tarixin və müasirliyin nadir qarışığını təcəssüm etdirir. Beşincisi, Azərbaycan turist axınının sürətlə artdığı və 90-dan artıq ölkənin vətəndaşlarına asan girişi və onlara elektron vizaların verilməsini təmin edən ölkədir.
"Altıncısı, zəngin mətbəximiz, xoş iqlimimiz və ənənəvi qonaqpərvərliyimiz əlbəttə ki, bizim üstünlüyümüzdür”, - deyə I vitse-prezident qeyd edib.
Onun sözlərinə görə, Bakı sərgisi bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır.
M.Əliyeva deyib ki, Azərbaycan 2000-ci ildən etibarən “Expo” hərəkatının fəal üzvüdür. “Bizim pavilyonlarımız son üç sərgidə - 2015-ci ildə pavilyonumuzu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb”, - deyə I vitse-prezident əlavə edib.
O vurğulayıb ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynayır. “Bakı Expo 2025” sərgisində insan kapitalının inkişafı məsələsi universal müzakirəyə çıxarılacaq.
"Təklifimiz uğurlu olarsa, Bakı bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda Ümumdünya Sərgisinə ev sahibliyi edəcək ilk şəhər olacaq. Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımi vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq”, - deyə M.Əliyeva bildirib.
Qeyd edək ki, Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb. Qalib şəhər 2018-ci ilin noyabrında Beynəlxalq Sərgi Bürosunun (BIE)Baş Assambleyasında 170 iştirakçı ölkənin səsverməsi əsasında müəyyənləşəcək.
Hazırda sərginin 2025-ci il mayın 2-dən noyabrın 2-dək keçiriləcəyi gözlənilir.
Sərgi 5 ildə bir dəfə keçirilir və 2015-ci ildə Milanda (İtaliya) təşkil olunub. Növbəti sərgi 2020-2021-ci illərdə Dubayda (BƏƏ) keçiriləcək.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət