Hesablama Palatası 2013-2016-cı illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin auditi nəticəsində bir sıra ciddi pozuntular və nöqsanlar aşkar edib.
Materiallara əsasən, bu dövrdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 13 məktəbin, 24 mənzilli yaşayış evinin, 2 uşaq bağçasının tikintisinə, 1 məktəbin əsaslı təmirinə, Lənkəran şəhərində qəza vəziyyətində olan 15 ədəd 4 və 5 mərtəbəli yaşayış binasında bərpa-gücləndirmə işlərinin aparılmasına, Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun əsaslı təmirinə, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun, Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolunun tikintisinə, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yolunun yenidən qurulmasına, Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinə, Lənkəran şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və yağan leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işləri həyata keçirilib. Audit çərçivəsində təhlil olunan vəsaitin ümumi məbləği 61 mln. 604,5 min manat təşkil edir.
Audit nəticəsində müəyyən edilib ki, tərtib edilmiş layihə-smeta sənədləri əsasında yerlərdə real şagird sayından fərqli məktəblər inşa edilib. İnşa edilən məktəblərdə 1 şagird yeri üçün tikinti işlərinə çəkilən xərclər fərqli olub. "Tikililərin əvəzsiz balansa verilməsi haqqında” sərəncamla Lənkəran Şəhər Təhsil Şöbəsinin balansına verilmiş 7 məktəb üzrə əsas fondların dəyəri az göstərilib.
Bir sıra məktəb binalarının tikintisində inşaat texnologiyasına əməl edilməyərək səmərəsiz xərcə yol verilib, həmçinin, İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Dövlət Qəbul Komissiyasının Aktında ("Tikinti obyektinin istismarına İcazə”) bəzi obyektlərin dəyəri göstərilməyib.
Fövqəladə Hallar Nazirliyi TTNDA-nın Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilən ekspertiza rəyinə uyğun olaraq 2 kənd tam orta məktəbinin tikintisi obyektinin layihə-smeta sənədlərinin Təhsil Nazirliyi ilə razılaşdırılması təmin edilməyib.
Həmçinin Palata tərəfindən müəyyən olunub ki, "Lənkəran rayon, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi” (15,6 km) obyekti üzrə işlərin 2014-cü ildə başa çatmasına baxmayaraq, müvafiq qaydada istismara qəbulu təmin olunmayıb. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət