İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən “İslam Dünyası Gənclər Paytaxtı” layihəsi çərçivəsində, bu həftə, Mərakeş Krallığının Fəs şəhərində “Ekstremizm və zorakılığın qarşısının alınmasında gənclərin rolu” mövzusunda Beynəlxalq Forum baş tutmuşdur. Forumda müxtəlif İƏT ölkələrdən olan gənc liderlər və gənclər hərəkatları nümayəndələri, aparıcı universitet professorları, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də yerli dövlət qurumları nümayəndələri iştirak etmişlər.
Forumda son dövrlərdə müasir dünyanın bəlasına çevrilən, əsasən də müsəlman ölkələrini hədəf alan ekstremizm, radikallıq və münaqişələr fonunda zorakılığın qarşısının alınması və bu istiqamətdə gənclərin qarşısında duran vəzifələr müzakirə olunmuş, müvafiq qərarlar alınmışdır.
Tədbir vaxtı eyni zamanda İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi məqsədi daşıyan "Xocalıya Ədalət" Beynəlxalq Təbliğat Kampaniyasının da təqdimatı keçirimişdir. İƏT Gənclər Forumunu təmsil edən Sevinc İsgəndərova “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının təqdimatını keçirərək, onun əsas məqsəd və vəzifələri, eləcə də 2009-cu ildən etibarən kampaniya çərçivəsində görülən işlərdən bəhs etmişdir. Tədbirdə iştirak edən Mərakeş Krallığının Gənclər və İdman Nazirliyinin rəhbər nümayəndələri, hüquqşünaslar və ekspertlər çıxış edərək, bütün dövrlərdə baş verən bu tipli faciələri, o cümlədən, Xocalıda insanlıq əleyhinə törədilən qətliamı pisləmiş, onların dünyada sülh və sabitliyin pozulmasına yol açdığını bildirmişlər.
Xatırladaq ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun Vitse-Prezidenti, İƏT GF-nun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlamış və hal-hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət