Azərbaycan Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin bu gün Vyanada keçiriləcək görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması ilə bağlı qərar qəbul olunacağı halda, onu dəstəkləməyə hazırdır. Bunu energetika naziri Pərviz Şahbazov deyib.
«Bu gün də hasilatın azaldılmasına dair razılaşmanın nəticələrinin dünya bazarlarına təsirini görmək mümkündür. Ötən dövr ərzində dünya bazarlarında xam neftin qiyməti müəyyən yüksəlişə nail olub və bu meyil davam etməkdədir. Eyni zamanda, “qara qızıl”ın satış qiyməti də sabitləşib və dünya bazarlarında rezervlər yarıyadək azalıb. Bütün bunlar mühüm göstəricilərdir ki, bu razılaşma gələcəkdə də davam etdirilsin”, – deyə o, AZƏRTAC agentliyinə müsahibəsində bildirib.
Nazir, həmçinin deyib ki, həmin mövqe, eyni zamanda, bu gün keçiriləcək OPEC+ görüşündə iştirak edən bir çox ölkələrin mövqeyi ilə üst-üstə düşür və yaxın gələcəkdə bu təşəbbüsə yeni dövlətlərin də qoşulması ehtimalı böyükdür. “Bu razılaşmaya qoşulan dövlətlərin sayı nə qədər çox olarsa, həmin razılaşmanın səmərəsi və məhsuldarlığı bir o qədər yüksək olacaqdır”, - deyə P.Şahbazov vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət