Hazırda Azərbaycan öz fındığını Türkiyə fındığından baha qiymətə satır.
“İndi meşə fındığı bazarı o qədər dinamikdir ki, qiymət qoyma dəyişilib. Ən iri fındıq istehsalçısı olan Türkiyə artıq qiymətləri müəyyən edə bilmir. Fındığa olan yüksək tələbat Azərbaycana öz fındığını Türkiyə fındığından baha qiymətə realizə etməyə imkan verir”, - www.freshplaza.com saytı qeyd edir.
“Avropa qiymətləri ilə müqayisədə qiymət fərqi 1 ABŞ dollarına qədər təşkil edəcək Rusiya bazarının mövcudluğu, Azərbaycanın fındıq istehsalçılarına Türkiyənin fındıq bazarının müəyyən etdiyi qiymətdən daha artıq məbləği ödəməyə hazır olan alıcı tapmaq imkanı yaradır. Dolların məzənnəsi səbəbindən qiymətlərimiz daha yüksək görünür, lakin biz Türkiyə fındıq ixracatçılarına qarşı çox rəqabətə davamlıyıq. Rusiya bazarından başqa son zamanlar Avropa bazarlarında da marağın artımı müşahidə olunur”, - Azerstar LLC Hazelnut Ind. Co şirkətinin nümayəndəsi Nizami Emreli bildirib.
Türkiyə fındıq ləpəsinin hazırki qiyməti (11-13 mm) $5,3/kq, Azərbaycan fındıq ləpəsinin qiyməti $5,3/kq təşkil edir.
INC-nin məlumatına görə, bu il Azərbaycanda 45 min tona yaxın fındıq istehsal olunacaq, bu da 17 min ton meşə fındığı ləpəsinə ekvivalentdir. İndiyədək Azərbaycan fındıq ləpəsinin 8 min tonu artıq satılıb.
“Azərbaycanda ASK sektorunda mühün artım müçahidə edilir. Son 3 il ərzində bütün iri beynəlxalq ticarət yarmarkalarında iştirak edirik. İqtisadiyyat Nazirliyi Dövlət Gömrük Komitəsinin iştirakı ilə beynəlxalq ticarətin stimullaşdırılması üçün vacib alətlər yaradıb - Zaqatalada yeni akkreditə olunan ISO 17025 laboratoriyası. Burada ixrac olunan hər fındıq partiyası aflatoksin maddəsinə yoxlanılır. Aflatoksin testindən keçməyən məhsul ixraca buraxılmır”, - N.Emreli vurğulayıb.
Hazırda Azərbaycanda 55 min hektar sahə fındıq ağacları üçün ayrılıb, hökumətin planlarına sahənin 80 min hektara qədər artırılması daxildir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət