İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə İƏT-ə üzv 40-dan artıq ölkədə 7 ildir ki, həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi çərçivəsində ADA Universitetində ilk milli “MOİC Club” ( “İƏT Modeli Klubu”) yaradıldı. Bu həftə isə yeni yaranmiş ADA İƏT Modeli klubunun ilk təlimləri və simulyasiyası həyata keçirildi.
ADA Universitetində həyata keçirilən təlim və simulyasiyanın indiydək Azərbaycanda keçirilən “İƏT Modeli” tədbirlərindən əsas fərqi həmin tədbirlərin tam olaraq ingilis dilində həyata keçirilməsi oldu.
ADA Universiteti İƏT Model Klubunun xarici tələbələrin də iştirak etdiyi ilk təliminin mövzusu “İƏT məkanında humanitar böhranlar kontekstində Rohinya” problemi olmuşdur. Mövzu ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Nəcibə Mustafayeva çıxış edərək, iştirakçılara münaqişənin tarixi aspektləri, regionda formalaşan hal-hazırki vəziyyət, münaqişəyə münasibətdə region ölkələrinin mövqeləri və maraqları barədə məlumat vermişdir.
Növbəti gün isə iştirakçılar İƏT üzv ölkələri təmsil edən işçi qruplara bölünərək “İƏT Xarici İşlər Nazirləri Toplantısı”nın simulyasiyasını həyata keçirmiş, mövzu üzrə müzakirələr aparmış və müvafiq qətnamələr qəbul etmişlər. İştirakçıların sözlərinə görə beynəlxalq münasibətlər və diplomatiya üzrə praktiki təcrübə qazanmaq baxımından bu layihə tələbələr üçün əvəzsiz vasitədir.
Qeyd edək ki, bu ildən “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsi çərçivəsində Azərbaycanın digər ali məktəblərində də daxili İƏT Modeli klublarının yaradılması nəzərdə tutulur.
Layihənin Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə bütün ali məktəbləri əhatə edəcək ümumrespublika mərhələsi isə yanvar ayından start götürəcəkdir.
DƏ-İKGF Avrasiya Regional Mərkəzi,
Mətbuat Xidməti
alpay_ahmad@yahoo.com
Tel: 492 11 52 (15 və ya 11)
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət