Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2018-ci ildə “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması üzrə fəaliyyətə başlamağı planlaşdırır. Bunu nazir Ramin Quluzadə deyib.
Azərbaycan prezidenti İlham Əliyevə XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanışlığı zamanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumlarının, müəssisələrinin məhsul və xidmətləri, həyata keçirdiyi layihələri barədə məlumat verildi.Bu barədə dövlət başçısının saytında məlumat verilir.
R.Quluzadə xüsusilə qeyd edib ki, “gələn ildən “Elektron imza”ların dövlətlərarası qarşılıqlı tanınması prioritet istiqamətlərdən olacaq”.
Qeyd olundu ki, 2019-cu ildən etibarən veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrində vətəndaşlar “Elektron imza” sertifikatı ilə təmin olunacaqlar. R.Quluzadənin sözlərinə görə, bunun üçün müvafiq infrastruktur artıq hazırdır.
“Bu imzanın aktiv istifadə edilə biləcəyi məkan “Elektron Hökumət” portalıdır. Hazırda bu portal vasitəsilə vətəndaşlar 89 dövlət və qeyri-dövlət qurumunun xidmətlərindən yararlana bilirlər.“Güzəştli mənzil sistemi” artıq portala inteqrasiya olunub, burada “Elektron ipoteka sistemi” yaradılıb. Ümumilikdə, bu il portala 40 yeni xidmət əlavə olunub”, - nazir qeyd edib.
Azərbaycan prezidentinə məlumat verilib ki, Bakıda və Xaçmazın 4 kəndində bu texnologiya test qaydasında tətbiq edilib. Bir il ərzində layihə Abşeron yarımadasını da əhatə edəcək.
“Hazırda respublika üzrə 5 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda yerləşir, digəri isə Cəlilabad şəhərindədir. Xidmət şəbəkəsinin Bakının bütün rayonlarını əhatə etməsi üçün işlər aparılır. Növbəti mərhələdə isə “Şəbəkə” mərkəzlərinin ölkənin bütün böyük şəhər və rayonlarında açılması nəzərdə tutulur”, - məlumatda vurğulanır. **
N.Abbasova
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət