Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Qazaxıstanın energetika nazir Kanat Bozumbayev cümə axşamı Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında bildirib.
“Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, lakin energetika, ASK, nəqliyyat və maşınqayırma sahələrində əlaqələrin gələcək inkişafı üçün pootensial var”, - K.Bozumbayev bildirib.
P.Şahbazov qeyd edib ki, 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb.
"Hesab edirəm ki, xəritədə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bugünkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcək", - nazir bildirib.
Tərəflər Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanla Qazaxıstan arasında cari ticarət dövriyyəsinin səviyyəsini müzakirə ediblər. bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7% artaraq 102,5 mln. dollar olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3% artaraq, 21,8 mln. dollar, idxal isə 2,7% yüksələrək 80,7 mln. dollar olub.
Bundan əlavə, iclas çərçivəsində Qazaxıstanla neft və neft məhsullarının Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə mayeləşdirilmiş qazın daşınması ilə bağlı məsələlər müzakirə olunub.
O cümlədən, tərəflər kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes-forumların təşkili məsələlərini müzakirə ediblər. **
N.Abbasova
NATO: Skaparotti və Gerasimov Bakıda hərbi doktrina və təlimlərlə bağlı problemləri müzakirə ediblər
Gerasimov Skaparotti ilə görüşə Bakının ev sahibliyi ilə əlaqədar Əliyevə minnətdarlıq edib
Əliyev və Gerasimov hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya əlaqələrini müzakirə ediblər
Stiven Siqal tezliklə prezident Əliyevlə görüşəcəyinə ümid edir
Azərbaycan Çindən turist axınının ildə 2 min nəfərədək artacağına ümid edir
Əli Daşdəmirov: Ən ağlasılmaz ideyalar sonda sənin ən yaxşı layihən ola bilər
AccessBank-da əməliyyatların 70%-dən çoxu onlayn rejimdə icra olunur
İƏT Gənclər Forumunun sədri: “Gənclərin beynəlxalq əməkdaşlığının siyasiləşdirilməsi yolverilməzdir”
Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti GoldenPay idarəetmə komandasını daha da gücləndirir
Prezident İlham Əliyev “Gənclərin hamisi” Fəxri Nişanı ilə təltif olundu
Jurnalistlərin nəzərinə: “İnterfaks-Azərbaycan” agentliyində keçiriləcək mətbuat konfransı haqqında
AZAL sərnişinləri Ramazan bayramı günlərində uçuşlarda ikiqat millər əldə edəcəklər