Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” qanun layihəsi II oxunuşda qəbul olunub.
«Bu qanun layihəsi çox peşəkarlıqla hazırlanıb. Bu, ölkənin Silahlı Qüvvələrinin fəaliyyətini tənzimləməyə kömək edən çərçivə qanunvericilik aktı olacaq», - deyə müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev sənədin müzakirəsi zamanı bildirib.
Silahlı Qüvvələrdə uğurlu islahatların aparıldığını deyən K.Vəliyev Azərbaycan ordusundakı proseslərin işıqlandırılması zamanı bəzi KİV orqanlarının fəaliyyətindən narazılıq ifadə edib. «Biz müharibə şəraitində yaşayırıq, buna görə də ordu ilə bağlı proseslər işıqlandırılarkən çox ehtiyatlı olmaq lazımdır, çünki düşmən hər bir neqativ məlumatı bizə qarşı istifadə edir», - deyə general-leytenant qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda Silahlı Qüvvələrin şəffaf fəaliyyəti təmin olunur. «Silahlı Qüvvələrin fəaliyyətinə ciddi ictimai nəzarət mövcuddur. Deputatlar, müxtəlif təşkilatların nümayəndələri hərbi hissələrimizə tez-tez baş çəkir və onlar orduda baş verən müsbət dəyişikliklərin şahididir. Akkreditasiyadan keçmiş 50-yə yaxın jurnalist müntəzəm olaraq hərbi hissələrimizə baş çəkir, onların cəbhə zonasına səfərləri təşkil olunur», - deyə K.Vəliyev vurğulayıb.
«Deputatlar hər zaman milli ordumuzun güclənməsi naminə çalışır. Əgər jurnalistlərdən kimsə deputatların çıxışlarının kontekstindən bu və ya digər sözü çıxarmaqla səhvə yol verirsə, buna əhəmiyyət verməyin», - deyə parlamentin sədri Oqtay Əsədov bildirib.
«Silahlı Qüvvələrimizin əsas vəzifəsi Azərbaycan ərazisini işğalçılardan müdafiə etməkdir», - deyə birinci vitse-spiker, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov vurğulayıb.
O, həmçinin qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bəzi deputatların ölkə xaricində düşmənin milli ordu tərəfindən təqib edilməsi ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirib. «Burada ölkəmiz xaricində düşmənin təqib edilməsinin zəruriliyi ilə bağlı fikirlər səsləndirilib. Ancaq bu halda bizi işğalçı adlandıra bilərlər», - deyə I vitse-spiker qeyd edib.
Komitə sədri KİV tərəfindən yoxlanılmış məlumatların yayılmasının vacibliyini diqqətə çatdırıb. «Buna baxmayaraq, biz Azərbaycanda hərbi senzura tətbiq etməyə çalışmırıq», - deyə Z.Əsgərov vurğulayıb.
Silahlı Qüvvələrin əsas vəzifələri bunlardır: Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq; əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq; beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yarandıqda Silahlı Qüvvələrin vəzifələrinə tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək; ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək; Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar aparmaq daxildir.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət