Bölgələrdə “Təlim məktəbi” layihəsi “Nar” tərəfindən təşkil edilmiş və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş bir layihədir. 26 avqust 2017-ci il tarixdə Zaqatalada start verilmiş bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən həyata keçirilib. Layihə çərçivəsində iki həftə ərzində üç istiqamət – dərzilik, aşpazlıq və smartfon təmiri üzrə peşə təlimləri keçirilib. Qeyd edək ki, bölgələrdə bir ilk olaraq həyata keçirilmiş layihə rayon icra hakimiyyətləri və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzləri tərəfindən dəstəklənib.
Bölgələrdə “Təlim məktəbi” layihəsinin növbəti mərhələsi 13 oktyabr 2017-ci il tarixdə Göygöl rayonunda start götürüb. İki həftə davam etmiş ikinci mərhələdə də nitq və eşitmə məhdudiyyətli gənclər psixoloji təlimlərlə yanaşı, peşə təlimlərində iştirak edərək dərzilik, saç ustalığı və smartfon təmiri üzrə ixtisaslaşıblar.
Bütün layihə iştirakçıları təlimləri uğurla başa vuraraq müvafiq sertifikatlarla təmin ediliblər. Heç şübhəsiz ki, bu uğur niitq və eşitmə məhdudiyyətli gənclərin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərəcəkdir.
Qeyd edək ki, “Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi. “Nar”-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihə “Uğur akademiyası”nın dəstəyi ilə reallaşdırılır.
Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, ünsiyyət məhdudiyyətli vətəndaşlar hazırda “Nar”-ın əməkdaşları olaraq fəaliyyət göstərirlər. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.
“Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət