Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı İşsizlikdən sığorta fondunun 2018-ci il kəsirsiz büdcəsini 89,04 mln. manat səviyyəsində təsdiq edib.
Sənədə əsasən, fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır: büdcədən maliyyələşən təşkilatlar üzrə 17,726 mln. manat, digər sığortaedənlər 53,567 mln. manat, sair gəlirlər 20min manat.
Fondun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir: işsizliyə görə sığorta ödənişləri 33,478 mln. manat, peşə hazırlığı və əlavə təhsilin təşkili 1,613 mln. manat, əmək yarmarkalarının, əmək birjalarının təşkili 120 min manat, haqqı ödənilən ictimai işlərin təşkil 1,788 mln. manat.
Bundan başqa, özünüməşğulluq tədbirlərinin təşkili 35,802 mln. manat, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi 1,38 mln. manat, məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri 13,709 mln. manat təşkil edəcək.
"İşsizlikdən sığorta haqqında" qanun layihəsini qəbul edib. İşsizlikdən sığorta bu qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Qanunla sığorta ödənişinin 3 növü- əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib.
İşçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır: işçinin özünün əmək haqqından tutulan 0,5% və müəssisə üzrə əməyin ödənişi fondundan 0,5%. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət