Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil. Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etməkdən gözəl nə ola bilər?
Yarandığı tarixdən etibarən sosial layihələrə xüsusi önəm verən AccessBank, Yeni il ərəfəsində ucqar bölgələrdə yaşayan azyaşlılara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə bu dəfə "ASAN məktub”layihəsinə dəstək verdi.
Layihə çərçivəsində, AccessBank-ın əməkdaşları Lənkəranın Boladi kəndinə səfər etdi. Səfərin məqsədi Boladi kəndində yaşayan uşaqların www.asanmektub.az portalına ünvanladığı məktublardakı arzularının reallaşdırılması idi. Yeni il ərəfəsində həyata keçirilən səfərdə uşaqların Şaxta Babaya ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırıldı. Boladi kənd məktəbində həyətində toplaşan 200-dən çox uşaq üçün musiqili-əyləncəli tədbir keçirildi. Daha sonra Şaxta Baba uşaqları çağıraraq onların yazdıqları məktubdakı hədiyyələri onlara təqdim etdi. Uşaqların istəklərinə uyğun isti geyimlər, gödəkçələr, ayaqqabılar,toplar, oyuncaqlar, şam ağacı, velosiped, müxtəlif məktəb ləvazimatları, çanta, kitab və s. hədiyyə olundu. Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılandı, uşaqlar şeir söylədilər və mahnılar ifa etdilər.
AccessBank-ın həyata keçirdiyi bu layihə uşaqların ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir və bank bundan sonra bu tipli sosial layihələr həyata keçirməyə davam edəcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət