Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin 45 dollardan hesablanmış qiymətini optimal hesab edir.
"Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin 45 dollardan hesablanmış qiyməti optimaldır”, - deyə o, AzTV-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hazırda dünya bazarlarında neftin qiyməti son dərəcə yüksəkdir. "Hesab edirik ki, neftin qiymətinin yüksək olması ilə əlaqədar əldə edilən əlavə gəlirlər ehtiyata yönəldilməlidir. Prezident İlham Əliyev daha çox vəsaitin ehtiyata yönəldilməsinin vacibliyini dəfələrlə vurğulayıb”, - deyə S.Şərifov qeyd edib.
O vurğulayıb ki, hökumət neftin qiymətinin kəskin dəyişməsi ilə bağlı problemlərin yaranmaması məqsədilə kontrtsiklik tədbirlər görməlidir. "Buna görə biz hazırda fiskal qayda (neft gəlirlərinin istifadə edilməsinin yuxarı həddinin hesablanacağı xüsusi formul – İF) ilə bağlı müzakirələr aparırıq", - deyə o əlavə edib.
Maliyyə naziri bildirib ki, neftin 1 barelinin qiymətinin 45 dollardan götürülməsi Azərbaycana bütün cari problem və tapşırıqları həll etməyə imkan verəcək.*
A.Əzizov
Prezident Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilir
Rusiya pirotexnikləri Ağdamda minatəmizləmə əməliyyatına cəlb olunmaq üçün Azərbaycana göndərilib
Azərbaycanda 332 nəfər koronavirusa yoluxub
2022-ci ildə Şuşanın türk dünyasının mədəni paytaxtı elan olunması təklif edilib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Azərbaycanın 42 şəhər və rayonu gələn ilin dövlət büdcəsindən dotasiya almayacaq
Türkiyə sahillərində batmış yük gəmisindən xilas edilən dənizçilərin sayı 6 nəfərə çatıb
Türkiyə sahillərində Rusiyaya məxsus quru yük gəmisi batıb, xilasetmə əməliyyatı keçirilir
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bakı Dəmir Yolu Vağzalının ərazisində üç müasir parklanma sahəsi yaradılır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək