Müştərilərin rahatlığı üçün 27 dekabr 2017-ci il tarixindən bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı istirahət günləri də fəaliyyət göstərir. Eyni zamanda, filialın iş saatları da uzadılıb: indi filial həftə içi 09.00-dan 20.00-dək, istirahət günləri isə 10.00-dan 16.00-dək müştərilərin xidmətindədir. Filial həmçinin bütün bayram günlərində də çalışacaq.
“Əcəmi” filialında müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər təklif olunacaq. Müştərilər filiala kredit ödənişləri, kredit sifarişlərin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət edə bilər.
“Əksər müştərilərin həftə ərzində iş saatlarında banka gəlmək imkanı yoxdur. Müştərilərimizin rahatlığını düşünərək, biz onlara bank məsələlərini işdən sonra həll etməyə imkan veririk. Yeni il ərəfəsində isə bu, müştərilərimiz üçün daha da rahat olacaq – onlar hər hansı təcili bank əməliyyatlarını həyata keçirmək üçün bayram günlərinin başa çatmasını gözləmək məcburiyyətində qalmayacaq”- deyə, bank VTB (Azərbaycan)-ın Şəbəkənin İnkişafı İdarəsinin rəisi Pərviz Rəsulov bildirib.
Bank VTB (Azərbaycan)-ın “Əcəmi” filialı Cavadxan küç. 30A, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət