Bu günədək SOCAR-ın korporativ istiqrazları ilə əməliyyatların həcmi $122,6 mln.-a çatıb. Bu barədə “SOCAR Capital” şirkətinin məlumatında deyilir.
“İstiqrazların marketmeykeri olan “PSG Kapital” şirkətinin məlumatına görə, ötən il təkrar bazarda 89230 SOCAR istiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi $89 mln. 535,626 min təşkil edib. Ümumilikdə bu günədək SOCAR istiqrazları ilə əməliyyatların həcmi $122,6 mln.-a çatıb”, - deyə məlumatda bildirilir.
“SOCAR Capital”ın məlumatına görə, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə $134 mln. məbləğində əməliyyat aparılıb. Başqa sözlə, SOCAR istiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.
Ötən il təkrar bazarda qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR istiqrazlarının payına düşür.
“2017-ci ildə istiqrazların qiyməti $1 000-1 023 arasında dəyişib, ilin sonunda isə satış qiyməti $1030-a yüksəlib”, - deyə məlumatda qeyd olunur.
"PSG Kapital”ın məlumatında bildirilir ki, SOCAR istiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər istiqrazlarla həyata keçirdikləri REPO əməliyyatları vasitəsilə $11 mln. 692,646 min məbləğində kredit cəlb ediblər. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının 57%-i SOCAR istiqrazlarının payına düşüb. SOCAR istiqrazları ilə 13 REPO müqaviləsi bağlanıb.
«2017-ci ildə həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri $5 mln. gəlir əldə ediblər. 2018-ci ildə SOCAR istiqrazları sahiblərinə daha $5 mln. faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət