Yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanın Kralı Salman bin Əbdüləziz Al Səudvə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə görüşdə enerji əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə edib.
“X.Al Falih bildirib ki, yaxın vaxtlarda Azərbaycanda “Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu da enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək”, - məlumatda vurğulanır.
P.Şahbazov bildirib ki, enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.
Tərəflərin rəyionə görə, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq
“Görüşdə həmçinin neft qiymətlərinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir”, - məlumatda vurğulanır.
Nazirlik vurğulayır ki, P.Şahbazov “Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıb.
Həmçinin P.Şahbazov Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə görüşüb. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət