Günay Sadıqova və Eldar Maksumov Caspian European Club-un baş icraçı direktorunun müavinləri təyin ediliblər. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.
Telman Əliyev qeyd edib ki, Günay Sadıqova və Eldar Maksumov Caspian Energy-də öz əmək fəaliyyətlərinə 2004-cü ildə başlayıblar və son bir neçə il ərzində Caspian Energy İnternational Media Group, Caspian European Club və Caspian American Club-un baş menecer vəzifələrini icra edirlər.
“13 ildir ki, onlar dövlət qurumları ilə özəl sektor arasında əlaqələrin yaradılmasında fəal iştirak edir və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda uğurla böyük tədbirlər təşkil edirlər”, - deyə Telman Əliyev söyləyib.
Günay Sadıqova Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Azərbaycan, ingilis, türk, ərəb, ivrit və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə Şimali Amerika və Avropa dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr qurub.
Eldar Maksumov Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla bitirib. Azərbaycan, rus, ingilis və alman dillərini bilir. Əmək fəaliyyəti dövründə MDB, GUAM və Asiya dövlətlərinin hökumət və özəl sektor nümayəndələri ilə fəal əlaqələr qurub.
Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət