Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın Petronas şirkətinin Azərbaycan nümayəndəliyinin Biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktor müavini Rəşad Məmmədov və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb. Rektor görüş zamanı qonaqlara Ali Məktəbin fəaliyyəti, tələbələri, onların yüksək statistik göstəriciləri haqda məlumatlandırıb və BANM-ın neft sektorunda əməkdaşlıq etdiyi şirkətlər və onlarla əməkdaşlıq istiqamətlərindən danışıb.
Rəşad Məmmədov Petronas Azərbaycan şirkətinin BANM-ın tələbələrinə böyük marağı olduğunu bildirərək, iki müəssisə arasında əməkdaşlığın zəruri olduğunu deyib. Məhz bu istiqamətdən çıxış edərək, o görüş zamanı BANM-ın tələbələrini “Bugünün öyrənənləri, sabahın liderləri” şüarı altında Petronas Təhsil Sponsorluq Proqramına cəlb etmək niyyətində olduğunu bildirib. R.Məmmədovun sözlərinə görə bu proqram vasitəsilə Ali Məktəbin bir neçə tələbəsinin Malayziyada Petronas Texniki Universitetində 4 illik bakalavr təhsilinin təşkil və təmin olunması həyata keçiriləcək. Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Neft-qaz geologiyası ixtisasları üzrə bakalavr təhsili almaq şansı əldə edəcək tələbələr əvvəlcədən müəyyən edilmiş xüsusi kriteriyalar əsasında Petronas Azərbaycan şirkəti tərəfindən seçiləcəklər.
Tərəflər görüş zamanı həmçinin gələcək əməkdaşlığın mümkün istiqamətlərini müzakirə ediblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət