SOCAR şirkəti (ARDNŞ) Ukraynada iştirakını genişləndirməkdə maraqlıdır. Bunu Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyev deyib.
“Ukraynaya $300 mln.-dan artıq sərmayə yatıran SOCAR əlverişli və cəlbedici investisya şərtləri ilə gələcəkdə burada biznesini genişləndirməyi planlaşdırır. Yaxın zamanda Ukraynanın Energetika Nazirliyi ilə bir sıra çox sərfəli layihələrin perspektivlərini müzakirə etmək məqsədilə ARDNŞ-nin rəhbərliyinin səfərini gözləyirik”, - diplomat Ukraynanın “Ukrinform” milli informasiya agentliyinə müsahibəsində bildirib.
A.Xudiyevin sözlərinə görə, Azərbaycan Ukraynada enerji layihələri və tenderlərdə iştiraka hazırdır. “Biz Ukraynada həyata keçirilən enerji layihələri və tenderlərdə yaxından iştirak etmək istərdik. Qeyd etmək lazımdır ki, ticarət dövriyyəsinin böyük hissəsi Azərbaycan nefti və neft məhsullarının Ukraynaya ixracının payına düşür”, - səfir qeyd edib.
A.Xudiyev vurğulayıb ki, Azərbaycan hər ay Ukraynaya 200-300 tona yaxın neft, neft məhsulları, qaz kondensatı və enerji tələbatı üçün digər yüngül və ağır neft məhsulları ixrac edir. “Tədarük alqoritmi plana əsasən həyata keçirilir”, - o əlavə edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət