Bütünmaneələrə baxmayaraq, “Qüds-İslam Dünyası Gənclər Paytaxtı” proqramının möhtəşəm açılış mərasimi keçirildi.
DünənFələstininmərkəziRamalla şəhərində“Qüds – İslam Dünyası Gənclər Paytaxtı”beynəlxalqproqramının təntənəli açılış mərasimibaş tutmuşdur.İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumununtəşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələr baxmayaraq, 10-unazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsminümayəndə heyəti iştirak etmişdir. Açılış mərasimində eyni zamanda,“Gənclər Paytaxtı”proqramının14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarətQəyyumlar Şurasının yaradılması elan edilmişvə bu Şuranın ilk işçi iclası keçirilmişdir.
Dünən axşam Fələstin dövlət başçısının iqamətgahında keçirilənaçılış mərasimindəFələstinin Gənclər və İdmanNaziriCibril Racubvə İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov Programı rəsmən açıq elan etdilər. Elşad İskəndərovöz çıxışındaQüdsünİslami kimliyininin hədəfə alındigiçətin birvaxtda,musəlmanların ilk Qibləsi olanbu şəhərinGənclər Paytaxtı elan edilməsiniəməldəİslam Həmrəyliyinə töfhə kimi dəyərləndirdi. Proqram və onun icra edən İƏT Gənclər Forumuna qarşı, bu proqramı saxlamaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun Proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov, İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət etdi.
Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət vermiş, “Qüds – İslam Dünyası Gənclər Paytaxtı” proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqdaİƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə etmiş, Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırmış, eləcə də bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında “Qüds – Gənclər Paytaxtı” proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirmişdir.
Tədbirdə iştirak edənAzərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov öz çıxışındakeçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən İslam Həmrəyliyi ili olunduğu, bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat vermiş, Azərbaycanın bu istiqamətdə siyasətini bundan sonra da davam etdirəcəyini qeyd etmiş, Qüds – İƏT Gənclər Paytaxtıproqramınınuğurla həyata keçməsi üçün Azzərbaycanınlazımidəstəkverəcəyini bildirmişdir.
Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış etmiş, eləcə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunmuşdur.
Açılış mərasimi çərçivəsində Fələstin tarixində ilk dəfə, İƏT Gənclər Forumunun təşəbbüsü ilə,gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcəkvə milli dialoqa dəstək olacaqFələstin GənclərininMilli Şurasının yaradıldığı da elan olundu.
Qeyd etmək lazımdır ki,“İslam Dünyası Gənclər Paytaxtı”beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlamış, 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuşlar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət