Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2017-ci ildə ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisinin maliyyələşdirilməsinə $110,9 mln. məbləğində vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“İndiyədək layihənin reallaşdırılmasına ARDNF-in büdcəsindən $904,6 mln., o cümlədən 2017-ci ildə $110,9 mln. ayrılıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun tikintisi layihəsinin sifarişçisi “Azerbaijan Rigs” MMC-dir. MMC-də ARDNF 90%, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 10% iştirak payına malikdir.
2013-cü ilin iyun ayında "Caspian Drilling Company" (ARDNŞ və “Global Santa Fe” tərəfindən təsis edilib) və Sinqapurun “Keppel Fels” şirkəti 6-cı nəsil üzən yarımdalma qazma qurğularının tikintisinə dair saziş imzalayıblar.
Qurğu 2017-ci il mayın 18-də istismara verilib. Onun ümumi hündürlüyü 130 metr, uzunluğu 106,5 metr, eni 69,5 metr, çəkisi 26 tondur. Qazma qurğusunda 160 nəfər çalışacaq.
Yarımdalma qazma qurğusu dənizin 1000 metr dərinliyində qazma işlərinin aparılması və 12 min metr dərinliyə malik quyuların qazılması üçün nəzərdə tutulub. “Abşeron” yatağında qazma əməliyyatları bu qurğu vasitəsilə həyata keçiriləcək.*
N.Abbasova
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət