Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlıq və Xəzər dənizinin dibinin bölünməsi ilə əlaqədar məsələlər müzakirə edilib.
“Fevralın 19-da BakıdaAzərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair birgə işçi qrupun birinci iclası keçirilib”, - “İnterfaks-Azərbaycan” agentliyinə XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun və Türkmənistan Prezidenti yanında Xəzər Dənizi Məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər.
“İclas iştirakçıları 2017-ci ilin sonunda Moskva şəhərində “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin razılaşdırılmasının Xəzər dənizində qarşılıqlı maraq kəsb edən məsələlərin həllinə xidmət edəcəyini vurğulayıblar”, - nazirlikdən bildiriblər.
Bundan əlavə, nümayəndə heyətləri energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Tərəflıər iki ölkənin yüksək enerji potensialına malik olduğunu nəzərə alaraq, bu sahədə səylərin birləşdirilməsi və enerji layihələrin genişləndirilməsinə imkan yaradacağını qeyd ediblər”, - nazirlikdən vurğulanıb.
Növbəti iclasın Türkmənistanda keçirilməsi barədə razılıq əldə olunub.**
F. İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət