Fevralın 20-də AccessBank UNEC-də "açıq dərs" keçirib. "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin rəhbəri, iqtisadçı-ekspert Samir Əliyev, Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin baş iqtisadçısı Nail Vəliyev və "PwC Azerbaijan" şirkətinin Marketinq və Kommunikasiya üzrə rəhbəri Aysel Süleymanovanın iştirakı ilə keçirilən "açıq dərs"ə maraq olduqca böyük idi. Belə ki, tədbirdə UNEC-in Maliyyə və Mühasibat fakültəsinin 80-dək tələbəsi könüllü şəkildə iştirak edib.
Tədbiri giriş nitqi ilə açan AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentlərinin direktoru Günay Cəlilova bildirib ki, bu, cari il ərzində keçirilən ilk "açıq dərs"dir və yaxın gələcəkdə digər ali təhsil ocaqlarında da bir neçə analoji dərslərin təşkili nəzərdə tutulub: "AccessBank olaraq biz daim Korporativ Sosial Məsuliyyət siyasətimizə olduqca böyük önəm vermişik. Cəmiyyətə faydalı olmaq bizim əsas prinsiplərimizdəndir. Məhz bu baxımdan biz bu cür tədbirləri davamlı olaraq təşkil etməyi planlaşdırırıq".
AccessBank ilə UNEC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsinə toxunan departament direktoru deyib ki, yaxın gələcəkdə bankda tələbələr üçün praktiki təlimlər təşkil olunacaq.
Daha sonra Samir Əliyev "Milli valyuta və makroiqtisadi sabitlik" mövzusunda təqdimat keçirib. İnteraktiv qaydada baş tutan təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bundan sonra tələbələr üçün sual-cavab sessiyası təşkil edilib. Sessiya ərzində Samir Əliyev, Nail Vəliyev, Günay Cəlilova və Aysel Süleymanova tələbələri maraqlandıran sualları cavablandırıblar.
Ardınca spikerlər kollegial qaydada tədbirdə aktiv iştirak edən 7 tələbəni müəyyən məbləğdə balansa malik olan myCard ödəniş kartı ilə mükafatlandırıblar. Bununla yanaşı, tədbirdə iştirak edən hər bir tələbəyə bank tərəfindən hədiyyə təqdim olunub.
Mükafatlandırma mərasimində çıxış edən Nail Vəliyev və Aysel Süleymanova tələbələrə bu cür tədbirlərdə aktiv iştirak etməyi tövsiyə ediblər. Onlar insan kapitalına investisiyanın vacibliyini qeyd edib və AccessBank-ın bu istiqamətdə reallaşdırdığı layihələri yüksək qiymətləndiriblər.
Samir Əliyev isə tələbələrə universitet proqramları ilə kifayətlənməməyi, dünya iqtisadiyyatında gedən prosesləri mütəmadi izləməyi məsləhət görüb. O əlavə edib ki, tədris müəssisələri ilə sahibkarlar arasında müxtəlif formalarda görüşlərin keçirilməsi təqdirəlayiq haldır. Çünki belə görüşlər əlaqələrin gücləndirilməsi ilə yanaşı qarşılıqlı təcrübə mübadiləsinə də töhfə verir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət