“PAŞA Sığorta” şirkəti 2018-ci ilin yanvar ayında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 41 mln. 233,7 min manat və ya 2018-ci ilin yanvar ayı ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 49,8%-i həcmində sığorta haqqı toplayıb.
Şirkət müvafiq olaraq həyatın qeyri-yığımsığortası seqmentində sığorta haqlarının yığımı üzrə sığortaçılar arasında lider olub.
Hesabat ayının yekunları üzrə əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı şirkətlərin beşliyinə “İpək Yolu Sığorta” (6 mln. 507,2 min manat), "Atəşgah" (2 mln. 911,9 min manat), AXA-Mbask (2 mln. 820,4 min manat) və “Qala Sığorta” (2 mln. 507,4 min manat) daxil olub.
Yanvarda həyat sığortası seqmentində sığorta haqlarının həcmində görə lider “PAŞA Həyat Sığorta” şirkəti olub. İkinci yer "Atəşgah Həyat" (3 mln. 39 min manat), üçüncü - “Qala Həyat Sığorta” (954,9 min manat) şirkətinin paylna düşüb.
Ümumilikdə, hesabat dövrü ərzində sığortaçıların bütün haqlarının təqribən 90%-i bu 8 şirkətin payına düşüb.
Yanvarda sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 4 mln. 896,4 min manat və ya sığortaçıların bütün ödənişlərinin 21,2%-ni təşkil edib.
Həmin dövrdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə “Atəşgah” (1 mln. 677,6 min manat), «AXA-Mbask” (865,5 min manat), “Azərsğorta” (689 min manat) və “A-Qroup” (467,6 min manat) da daxil olub.
Həyat sığortası seqmentində ən çox ödənişlər “Atəşgah Həyat” (4 mln. 373 min manat) tərəfindən həyata keçirilib. İkinci yer “PAŞA Həyat Sığorta” (3 mln. 810,6 min manat), üçüncü - “Qala Həyat Sığorta” (3 mln. 258,7 min manat) payına düşüb.
Ümumilikdə, hesabat dövrü ərzində sığortaçıların bütün haqlarının təqribən 87%-i bu 8 şirkətin payına düşüb.
2018-ci il yanvarın sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət lisenziyasına malikdir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət