Caspian European Club və Caspian Energy Georgia Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi və SOCAR Georgia Gas şirkətinin sponsorluğu ilə fevralın 23-də dördüncü CEO Lunch Tbilisi təşkil edib.
Tədbir Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla 613 nəfər insan qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib; 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 159 insan itkin düşüb.
Fəxri qonaq qismində CEO Lunch Tbilisi-də Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan, Gürcüstanın İnkişaf fondunun direktoru Tornike Rijvadze və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ikinci katibi Fəxri Hacıyev iştirak ediblər.
Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazgan dəvətə görə Caspian Energy Georgia-ya təşəkkür edərək, Caspian European Club, Caspian American Club və Caspian Asian Club kimi təşkilatların əhəmiyyətli rolunu vurğulayıb. O, bu cür təşkilatların dövlət sektoru ilə özəl sektor arasındakı əlaqələrin qurulması çərçivəsində vasitəçi kimi iştirak etməsinin olduqca mühüm olduğunu qeyd edib. Fatma Ceren Yazgan həmçinin sözügedən təşkilatlar və Türkiyə ilə əməkdaşlığın fəallaşmasında maraqlı olduğunu nəzərə çatdırıb. “İstərdim ki, Türkiyə sahibkarları Caspian Energy Georgia-nın təşkil etdiyi tədbirlərdə, Azərbaycan sahibkarları isə öz növbəsində Türkiyənin təşkilat və assosiasiyalarının tədbirlərində fəal iştirak etsinlər”, - deyə səfir əlavə edib. O, bütün istiqamətlər üzrə əməkdaşlığın fəallaşdırılmasının labüdlüyünü qeyd edib. Onun sözlərinə görə, bu gün dövlət dəstəyi almış xeyli layihələr olsa da, ilbəil zəruriliyi artan özəl layihələr də həyata keçirilməlidir. “Yeni texnologiyalar inkişaf edir, yeni imkanlar yaranır ki, onlardam tam şəkildə istifadə edilməlidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında münasibətlərin möhkəmlənməsində hər bir ölkənin fəal iştirakı ilə həyata keçiriləcək birgə biznes layihələr mühüm rol oynayır”, - deyə Türkiyənin Gürcüstandakı səfiri çıxışına yekun vurub.
Gürcüstanın İnkişaf Fondunun direktoru Tornike Rijvadze də öz növbəsində Caspian European Club-un üzvlərini və iştirak edən bütün qonaqları salamlayaraq Gürcüstanda investisiya imkanlarından bəhs edən təqdimatla çıxış edib. Təqdimatda qonaqlara Gürcüstanın vergi sistemi, idxal-ixrac əməliyyatları, Gürcüstan iqtisadiyyatına investisiya qoyan ölkələr, dövlətin hidropotensialı, həmçinin Gürcüstan iqtisadiyyatını irəliləyişinə səbəb olacaq strategiya barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin ikinci katibi Fəxri Hacıyev qeyd edib ki, 2017-ci il ikitərəfli səfərlər, müxtəlif tədbir, forum, sərgi, konfrans, həmçinin mədəni tədbirlər ilə zəngin olub. Bu da öz növbəsində Gürcüstanla Azərbaycan arasındakı əməkdaşlığı yeni səviyyəyə yüksəltməyə stimul yaradır. Bundan əlavə, onun sözlərinə görə, aprelin 11-də keçiriləcək Prezident seçkiləri nöqteyi-nəzərindən 2018-ci il Azərbaycan xalqı üçün olduqca mühüm əhəmiyyət kəsb edir. “Həmin gün Azərbaycan xalqı siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə, ölkənin müdafiə qabiliyyətinin inkişafına və möhkəmlənməsinə, həmçinin Azərbaycanın çiçəklənməsinə və parlaq gələcəyinə səs verəcək”, - deyə səfir vurğulayıb.
O əlavə edib ki, cari ilin əlamətdar hadisələrindən biri də Azərbaycan Respublikasının və Gürcüstanın müstəqillik əldə etməsinin 100 illiyinin qeyd olunmasıdır. “Azərbaycan Prezidenti cənab İlham Əliyev 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısının imzaladığı sərəncamdan irəli gələrək Azərbaycanın Gürcüstandakı səfirliyi ADR-in müstəqillik bəyənnaməsinin qəbul olunmasının 100 illiyinə həsr olunmuş 2018-ci il tədbirlər planı hazırlayıb. Həmin tədbirlərin təkcə Tbilisidə deyil, ölkənin bir çox regionlarında keçirilməsi nəzərdə tutulub”, - deyə səfir Fəxri Hacıyev çıxışına yekun vurub.
Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian Energy Georgia-nın fəaliyyətinə göstərilən fəal dəstəyə görə Gürcüstan Hökumətinə, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə, eləcə də SOCAR Georgia Gas-a minnətdarlığını ifadə edib.
O, 2018-ci ildə xeyli sayda tədbirlərin, eyni zamanda Gürcüstan Hökumətinin və Azərbaycan Respublikası Hökumətinin dəstəyilə 2018-ci il aprelin 18-də 5-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi”nin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Caspian Energy Forum Tbilisi”nin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır. Telman Əliyev həmçinin əlavə edib ki, mayın 25-də Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr olunmuş tədbirlər sırasına aid ediləcək 7-ci CEO Lunch Tbilisi baş tutacaq. “CEO Lunch çərçivəsində qonaqlar həmçinin ADR evini ziyarət edə və Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirlərdə iştirak edə biləcəklər”, - deyə o bildirib. Sonda Telman Əliyev Azərbaycan Hökumətinin Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Caspian Energy Georgia-nın fəal iştirakı ilə Gürcüstanda Azərbaycan Ticarət Evi açmağı planlaşdırdığını xatırladıb. Onun sözlərinə görə, Ticarət Evi sərgilər, dəyirmi masalar və forumlar keçirəcək və bu tədbirlər çərçivəsində Azərbaycan istehsalı olan müxtəlif müxtəlif məhsullar nümayiş ediləcək.
SOCAR Georgia Gas-ın direktoru Azər Məmmədov görüş iştirakçıları üçün təqdimat keçirib, şirkətin fəaliyyəti və CEO Lunch Tbilisi-nin sponsoru olan SOCAR Georgia Gas-ın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.
Görüş iştirakçıları üçün SOCAR Energy Georgia və Fregat Marine şirkətlərinin təqdimatı keçirilib.
Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun tənzimlənməsi üçün aparıcı vasitələrdən biri olan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır.
CEO Lunch Tbilisi-də sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi üzrə onları maraqlandıran məsələlərə toxunulub, həmçinin iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.
Telman Əliyev Caspian European Club-un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Onun sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian European Club, Caspian American Club, Caspian Asian Club və Caspian Energy International Media Group-un Gürcüstan ərazisində maraqlarını təmsil edən Caspian Energy Georgia şirkəti sentyabr ayından Gürcüstanda faəliyyətə başlayıb. Caspian Energy Georgia-nın əsas fəaliyyəti biznes-hökumət dialoqunu fəallaşdırmaq və Gürcüstan iqtisadiyyatının müxtəlif sektorlarına xarici investorlar cəlb etməkdən ibarətdir. Caspian Energy Georgia-nın yaradılmasında məqsəd Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq və seminarlar təşkil etmək, həmçinin Gürcüstanın investisiya cazibədarlığını işıqlandıran və Gürcüstanın aparıcı rol oynadığı neft və qeyri-neft sektorlarına aid layihələrdən bəhs edən informasiya layihələrini həyata keçirməkdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət